Paltaryuyan Su Almırsa Nə Etməli? Evdə Yoxlaya Biləcəyiniz 5 Şey
Düyməni basırsınız, maşın işləyir, amma su gəlmir. Bu problemi ən çox yay aylarında görürük — Bakıda su təchizatı bəzən kəsilir, bəzən təzyiq düşür. Amma hər zaman səbəb şəhər suyu deyil. Gəlin addım-addım baxaq ki, nə yoxlamalısınız.
1. Su kranını yoxlayın — bəli, ciddi deyirəm
Bilirəm, gülməli səslənir. Amma inanmazsınız, həftədə ən azı 2-3 müştərimiz usta çağırır, gəlirik görürük ki, kran bağlıdır. Bəzən ev təmiri zamanı bağlanır, bəzən uşaqlar oynayarkən bağlayır, bəzən də su kəsilməsindən sonra açmağı unudurlar. Birinci bunu yoxlayın.
2. Su filtrini təmizləyin
Hər paltaryuyan maşının giriş şlanqının ucunda kiçik bir mesh filtr var. Bakıda suyun keyfiyyəti o qədər aşağıdır ki, bu filtr 6-8 ayda tamamilə tıxanır. Filteri çıxarmaq asandır — şlanqı maşının arxasından söküb ucundakı kiçik toru çıxarın, sirkə suyunda 15 dəqiqə saxlayın, köhnə diş fırçası ilə təmizləyin. Çox vaxt bu, problemi həll edir.
3. Su şlanqını yoxlayın
Şlanq əyilib, sıxılıb, ya da bükülübsə su keçə bilmir. Xüsusilə maşını divara çox yaxın itələyəndə şlanq arxada sıxılır. Maşını bir az irəli çəkin və şlanqın vəziyyətinə baxın.
4. Elektromaqnit klapan
Əgər yuxarıdakıların heç biri kömək etmirsə, çox güman ki, elektromaqnit klapan xarabdır. Bu, maşının su girişini açıb-bağlayan elektrik hissəsidir. Multimetr ilə yoxlanılır — normal müqaviməti 2-4 kOhm olmalıdır. Klapan dəyişdirilməsi peşəkar usta tələb edir.
5. Pressostat (basınc datçiki)
Bu hissə maşına suyun səviyyəsini bildirir. Əgər pressostat nasazdırsa, maşın elə bilir ki, su artıq doludur və yeni su almır. Pressostatın kiçik şlanqı var — bu şlanq tıxananda da eyni problem yaranır.
Əlavə: Elektron plata problemi
Nadir hallarda, elektron plata klapana açılma əmri vermir. Bu, adətən digər əlamətlərlə müşayiət olunur — ekranda xəta kodu, düymələrin işləməməsi və s.
Sadə yoxlamalarla problemi həll edə bilmirsinizsə, paltaryuyan təmiri xidmətimizə müraciət edin. Bakının istənilən rayonuna pulsuz diaqnostika ilə gəlirik. 055 958 38 39
Avadanlığınız xarabdır?
İndi bizimlə əlaqə saxlayın — peşəkar usta evinizə gəlsin!
Pulsuz diaqnostika ilə
