Qabyuyan Su Axıdırsa — Səbəblər və Təcili Addımlar
Mətbəxin döşəməsində gölməçə, mebelin altından nəm iyi, bəzən isə aşağı mərtəbədəki qonşunun zəngi... Qabyuyan su axıdırsa, bu problemi təxirə salmaq olmaz: döşəmə örtüyü şişir, laminat və mebel xarab olur, elektriklə su təması isə təhlükəlidir. Yaxşı xəbər odur ki, sızmaların bir hissəsi sadə səbəblərdən yaranır. Bu məqalədə sızmanın yerini necə tapmağı və hər səbəbin həllini izah edirik.
İlk növbədə: təhlükəsizlik addımları
- Maşını dərhal elektrikdən ayırın — rozetkadan çıxarın və ya avtomatı söndürün.
- Qabyuyanın su kranını bağlayın.
- Döşəmədəki suyu yığın, maşının qabağına quru dəsmal sərin.
- Su aşağı mərtəbəyə keçə bilərsə, qonşunu xəbərdar edin.
Su haradan gəlir? Yerinə görə diaqnostika
Sızmanın yerini müəyyən etmək səbəbi tapmağın yarısıdır:
- Qapının alt kənarından — qapı rezini, köpük, yükləmə xətası və ya maşının əyri qoyulması.
- Maşının altından, ortadan — pompa, dövriyyə nasosu, kipləşdirici və ya daxili şlanqlar.
- Arxa tərəfdən — giriş və ya boşaltma şlanqının birləşmələri.
- Yalnız proqramın müəyyən mərhələsində — məsələn, boşaltma zamanı sızırsa, boşaltma xətti; doldurma zamanı sızırsa, giriş xətti.
Qabyuyan niyə su axıdır? Əsas səbəblər
1. Qapı rezini (kipləşdirici) çirklənib və ya aşınıb
Qapının ətrafındakı rezin profil zamanla sərtləşir, çatlayır və ya üzərinə yağ, yemək qalığı yapışır. Bu zaman qapı kamerasını tam kipləşdirə bilmir. Rezini nəm salfetlə silin və çat olub-olmadığına baxın. Aşınıbsa, dəyişdirilməlidir.
2. Yanlış yuyucu vasitə — həddindən artıq köpük
Ən çox yayılmış səhvlərdən biri qabyuyan maşına əl ilə qab yumaq üçün maye (məsələn, adi qabyuyucu gel) tökməkdir. Bu vasitələr güclü köpük əmələ gətirir, köpük qapı kipləşdiricisindən çölə çıxır. Hətta qabları maşına qoymazdan əvvəl çox köpüklü vasitə ilə yaxalamaq da bəzən köpüyə səbəb olur. Yalnız qabyuyan maşın üçün nəzərdə tutulmuş tablet, toz və ya geldən istifadə edin.
3. Maşın düz qoyulmayıb
Qabyuyan arxaya və ya önə əyilibsə, su qapı tərəfə yığılır və alt kənardan sızır. Su tərəzisi (və ya telefondakı tərəzi tətbiqi) ilə yoxlayın və ayaqları tənzimləyin.
4. Giriş və ya boşaltma şlanqı zədələnib
Şlanqın birləşmə yerlərindəki qayka boşalır, conta (прокладка) köhnəlir və ya şlanqın özü çatlayır. Maşının arxasını yoxlayın — birləşmələr quru olmalıdır.
5. Aquastop tavasına su yığılıb
Aquastop sistemi olan maşınlarda (Bosch, Siemens, Electrolux, AEG və s.) daxili sızma zamanı su əvvəlcə alt tavaya axır. Burada üzgəc qalxır və maşın suyu kəsir, ekranda isə E15 kimi kod görünür. Yəni döşəməyə su çıxmasa belə, sızma var. Bu barədə qabyuyan su almırsa məqaləmizdə də yazmışıq.
6. Pompa və ya dövriyyə nasosunun kipləşdiricisi
Nasosların valı ətrafındakı rezin kipləşdiricilər illər ərzində aşınır. Bu zaman su maşının dibinə damcı-damcı sızır. Bu, ən çox 5-7 il işləmiş maşınlarda rast gəlinir. Kipləşdirici və ya bütöv nasos dəyişdirilir.
7. Daxili şlanqlar və birləşmələr
Maşının içində sprey qollarına, duz qabına və pompaya gedən bir neçə şlanq və xomut var. Onların boşalması və ya çatlaması sızmaya səbəb olur.
8. Duz qabının qapağı və ya sprey qolu
Duz qabının qapağı tam bağlanmadıqda duzlu su kameraya keçir; çatlamış sprey qolu isə suyu qapıya tərəf vurur.
Evdə edə biləcəyiniz yoxlamalar
- Qapı rezinini təmizləyin, zədəni yoxlayın.
- Hansı yuyucu vasitədən istifadə etdiyinizi yoxlayın — köpük varsa, maşını boş halda bir neçə dəfə durulama proqramında işlədin.
- Maşının düz durduğunu tərəzi ilə yoxlayın.
- Arxadakı şlanq birləşmələrini quru salfetlə silin və bir proqram ərzində izləyin.
- Duz qabının qapağının möhkəm bağlandığına əmin olun.
- Sprey qollarında çat olub-olmadığına baxın.
Nə vaxt ustaya müraciət etməlisiniz?
- Su maşının altından, ortadan gəlir;
- E15 və ya digər sızma kodu görünür;
- Sızma köpükdən deyil və qapı rezini sağlamdır;
- Su elektrik hissələrinə çatıb və ya maşın avtomatı atır.
Daxili sızmaları tapmaq üçün maşının panelləri açılmalıdır və bunu peşəkar etmək daha təhlükəsizdir. Qabyuyan təmiri xidmətimizlə usta eyni gün evinizə gəlir, sızmanın yerini tapır, kipləşdirici, nasos və ya şlanqları orijinal hissələrlə dəyişir. Siemens və Beko qabyuyan modellərində bu tip təmirləri tez-tez edirik. Xəta kodlarının izahı üçün Beko qabyuyan xəta kodları və Siemens qabyuyan xəta kodları məqalələrinə baxın.
Sızmanın qarşısını necə almaq olar?
- İldə bir dəfə şlanqları yoxlayın. Giriş və boşaltma şlanqlarında çat, şişkinlik və ya rəng dəyişikliyi varsa, dəyişdirin. Adi giriş şlanqlarının tövsiyə olunan istifadə müddəti təxminən 5 ildir.
- Qapı rezinini təmiz saxlayın. Hər həftə nəm salfetlə silin — yağ və qalıqlar rezinin elastikliyini azaldır.
- Yalnız qabyuyan maşın üçün yuyucu vasitələrdən istifadə edin.
- Maşını quraşdırarkən düz qoyun və mebel fasadının qapının tam bağlanmasına mane olmadığından əmin olun.
- Aquastop şlanqı olmayan köhnə modellər üçün maşının altına sızma datçiki və ya ayrıca qoruyucu klapan quraşdırmaq barədə düşünün — bu, böyük zərərin qarşısını alır.
- Uzun müddət evdə olmayanda maşının su kranını bağlayın.
Usta nəyi yoxlayır?
Ustamız əvvəlcə maşını işə salıb su səviyyəsini və hansı mərhələdə sızma olduğunu müşahidə edir. Sonra yan və alt panellər açılır, alt tava qurudulur və sızma yeri birbaşa müəyyən edilir: nasos kipləşdiricisi, daxili şlanqlar, xomutlar, sprey qollarının birləşmələri, duz qabı. Çox vaxt sızma yeri əhəng və ya pas izləri ilə özünü göstərir. Nasaz hissə orijinalı ilə dəyişdirilir, sonra maşın test proqramında yoxlanır və alt tavada su olmadığı təsdiqlənir. Yalnız bundan sonra iş təhvil verilir və zəmanət sənədi təqdim olunur.
Ən çox edilən səhvlər
- Sızmanı dəsmalla "idarə etmək". Hər proqramdan sonra döşəməni silmək problemi həll etmir — su mebelin içinə hopur, laminat və divar zədələnir.
- Maşını əyib suyu tökmək. Bu, E15 kodunu müvəqqəti silir, amma sızma yeri qalır, su isə elektron hissələrə çata bilər.
- Silikon və ya izolyasiya lenti ilə şlanqı "yamamaq". Təzyiq altında bu yamaq tez açılır; zədələnmiş şlanq yalnız dəyişdirilməlidir.
- Qapı rezininə yağ çəkmək. Bəzi yağlar rezini şişirir və onun formasını pozur.
Bir məqamı da xatırladaq: çoxmənzilli binada aşağı mərtəbəni su basmaq maşının təmirindən qat-qat baha başa gələ bilər. Ona görə vaxtında şlanq və ya kipləşdirici dəyişimi ən ucuz qorunma üsuludur.
Tez-tez verilən suallar
Adi qab yuyucu gel qabyuyana tökülübsə, nə etməli?
Proqramı dayandırın, köpüyü dəsmalla yığın, köpük kəsmək üçün kameraya bir neçə qaşıq bitki yağı və ya bir az duz qoyun və bir-iki dəfə yuyucu vasitəsiz durulama proqramı işə salın.
Qapı rezinini özüm dəyişə bilərəmmi?
Bəzi modellərdə rezin sadəcə yuvaya taxılır və dəyişmək asandır. Lakin modelə uyğun orijinal rezin seçmək vacibdir.
Sızma kiçikdirsə, maşından istifadə etməyə davam etmək olarmı?
Tövsiyə etmirik. Kiçik sızma zamanla böyüyür, mebeli və döşəməni xarab edir, elektrik hissələrinə çata bilər.
Qabyuyan quraşdırıldıqdan sonra niyə sızır?
Ən çox səbəb şlanq birləşmələrinin kifayət qədər bərkidilməməsi və ya maşının düz qoyulmamasıdır.
Qabyuyan maşınınız su axıdır? Gözləməyin — qabyuyan təmiri xidmətimizə zəng edin. Usta eyni gün gəlir, diaqnostika pulsuzdur. 055 958 38 39
Avadanlığınız xarabdır?
İndi bizimlə əlaqə saxlayın — peşəkar usta evinizə gəlsin!
Pulsuz diaqnostika ilə
