Samsung Bakıda ən populyar paltaryuyan brendlərindən biridir. WW, WF, WD seriyaları ilə tanınan Samsung maşınları etibarlı olsa da, hər texnika kimi nasazlıq verə bilər. Samsung maşınlarının üstünlüyü ondadır ki, ekranda xəta kodu göstərir və bu, problemi daha tez anlamağa kömək edir. Güvən Servis olaraq Samsung paltaryuyan təmirində geniş təcrübəmizə əsaslanaraq xəta kodlarını sizə izah edirik.
Su doldurma xətaları
| Kod | Problem | Nə etməli |
| 4E (E1) | Maşın su almır. Su kranı bağlıdır, filtr tıxanıb, və ya giriş klapanı nasazdır. | Kranı yoxlayın, giriş filtrini təmizləyin. Kömək etmirsə — klapan dəyişdirilməlidir. |
| 4E2 | Suyun temperaturu gözlənilən dəyərə uyğun deyil. Maşına isti su hattı qoşulubsa və su çox isti gəlir. | Soyuq su hattına qoşulduğundan əmin olun. |
Su boşaltma xətaları
| Kod | Problem | Nə etməli |
| 5E (E2) | Su boşaldılmır. Filtr tıxanıb, nasos xarab, şlanq əyilib. | Boşaltma filtrini təmizləyin, şlanqı yoxlayın. Problem davam edərsə — nasos dəyişdirilməlidir. |
Balans və vibrasiya xətaları
| Kod | Problem | Nə etməli |
| UE (E4) | Baraban balanssızdır. Paltarlar bir tərəfə yığılıb, və ya maşın düz deyil. | Paltarları bərabər paylayın, maşının ayaqlarını tənzimləyin. Amortizatorları yoxlayın. |
| Ub | UE ilə eynidir — yeni modellərdə göstərilir. | Yükü azaldın, bərabər paylayın. |
Qapı xətaları
| Kod | Problem | Nə etməli |
| dE (Ed) | Qapı açıqdır və ya düzgün bağlanmayıb. | Qapını möhkəm bağlayın. Kömək etmirsə — qapı kilidi (UBL) dəyişdirilməlidir. |
| dE1 | Qapı kilid mexanizmi xətası. | UBL dəyişdirilməlidir. |
Qızdırma xətaları
| Kod | Problem | Nə etməli |
| HE (E5) | Su qızdırılmır. TEN yanıb və ya kireç bağlayıb. | TEN dəyişdirilməlidir. Bakının kireçli suyu TEN-in ən böyük düşmənidir. |
| HE1 | TEN həddindən artıq qızıb — termal qoruma işə düşüb. | TEN və NTC datçik yoxlanılmalıdır. |
| tE (EC) | Temperatur datçiki (NTC) xətası. | Datçik dəyişdirilməlidir. |
Motor xətaları
| Kod | Problem | Nə etməli |
| 3E (EA) | Motor xətası — takoqenerator siqnal vermir. | Karbon fırçalar, motor bağlantıları yoxlanılmalı. Bəzi hallarda motor dəyişdirilməlidir. |
| 8E | Motor həddindən artıq cərəyan çəkir. | Motor sarğılarının yoxlanması lazımdır. |
Digər xətalar
| Kod | Problem | Nə etməli |
| LE (E9) | Su sızıntısı aşkar edilib. Maşının altındakı sensor suya reaksiya verib. | Manjet, şlanq bağlantıları, nasos yoxlanılmalıdır. |
| PE | Pressostat xətası — su səviyyəsi datçiki. | Pressostat və şlanqı yoxlanılmalıdır. |
| SUd | Həddindən artıq köpük. Çox yuyucu maddə istifadə edilib. | Maşın köpüyü boşaldana qədər gözləyəcək. Gələn dəfə az maddə istifadə edin — avtomatik maşın üçün nəzərdə tutulan maddə istifadə edin. |
Samsung xəta kodu sıfırlamaq
Əksər hallarda: maşını elektrikdən ayırın, 10-15 dəqiqə gözləyin, yenidən qoşun. Əgər xəta təkrarlanırsa, peşəkar diaqnostika lazımdır.
Güvən Servis Samsung paltaryuyan təmirində mütəxəssisdir. Orijinal və keyfiyyətli hissələrlə təmir, zəmanət. Paltaryuyan təmiri — 055 958 38 39