Güvən Servis

Paltaryuyan Qapısı Açılmır — Zorlamayın, Bunu Edin

20 mart 2026Güvən Servis829

Yuma bitdi, amma qapını çəkirsiniz, açılmır. Və ya düyməni basırsınız, "klik" səsi gəlir amma qapı hələ də kilidlidir. Bu, çox geniş yayılmış problemdir və ən vacib olan — qapını zorlamaq deyil. Zorlasanız, menteşəni qıra bilərsiniz, kiild mexanizmini sındıra bilərsiniz, rezin manjet cırıla bilər. Gəlin düzgün yanaşaq.

Niyə qapı kilitli qalır?

1. Normal təhlükəsizlik gecikmasi

Əksər paltaryuyan maşınlarda proqram bitdikdən sonra 1-3 dəqiqə qapı kilitli qalır. Bu normaldır — maşın su temperaturunu, barabanın dayanmasını gözləyir. Bir neçə dəqiqə gözləyin.

2. İçəridə su qalıb

Əgər maşın suyu tam boşaltmayıbsa, təhlükəsizlik sistemi qapını açmağa icazə vermir. Əvvəlcə su problemini həll edin — su boşaltma problemi haqqında məqaləmizə baxın.

3. Qapı kilidi (UBL) nasazdır

UBL (Устройство Блокировки Люка) elektromexaniki qurğudur. İçindəki bimetallik lövhə qızıb genişlənərək qapını kilidləyir. Əgər bu hissə xarabdırsa, qapı ya açılmır, ya da kilidlənmir. UBL dəyişdirilməsi tələb olunur.

4. Qapı tutacağı sınıb

Plastik tutacaqlar zamanla kövrəkləşir. Xüsusilə qapını hər dəfə güclə çəkənlərdə. Tutacağın daxili hissəsi sınıb ola bilər — çölündən normal görünür amma mexanizmi işləmir.

5. Elektron plata xətası

Plata qapıya kilidaçma əmri vermir. Bu halda maşını 15-20 dəqiqə elektrikdən ayırıb yenidən qoşmaq bəzən kömək edir.

Təcili açmaq lazımdırsa nə etməli?

Maşını elektrikdən ayırın, 15-20 dəqiqə gözləyin. Əksər maşınlarda elektrik kəsiləndə UBL avtomatik açılır. Bu kömək etmirsə:

  • Bəzi maşınlarda boşaltma filtrinin yanında təcili qapı açma ipi var (narıncı rəngdə) — onu çəkin
  • Nazik plastik kart (kredit kartı kimi) qapı ilə korpus arasına salıb kilid dilciyini itələyə bilərsiniz
  • Heç biri kömək etmirsə — zorlamayın, usta çağırın

Güvən Servis — qapı kilidi təmiri və dəyişdirilməsi daxil olmaqla bütün paltaryuyan problemləri. 055 958 38 39

Avadanlığınız xarabdır?

İndi bizimlə əlaqə saxlayın — peşəkar usta evinizə gəlsin!

Pulsuz diaqnostika ilə