Paltaryuyan Fırlanmırsa — Səbəblər və Nə Etməli?
Yuma proqramı bitir, amma paltarlar hələ də su içindədir — tanış vəziyyətdir, elə deyilmi? Bakıda müştərilərimizin təxminən hər beşincisi məhz bu problemlə zəng edir. Səbəbi bəzən elə sadə olur ki, usta çağırmağa ehtiyac qalmır. Amma bəzən də ciddi nasazlıq olur və vaxt itirmək problemi daha da böyüdür.
Barabana həddindən artıq yük — ən sadə səbəb
Bunu demək ayıb olsa da, müştərilərin yarısında problem budur. Maşının yük tutumu 6 kq-dırsa, ora 8-9 kq paltar basmaq olmaz. Maşın sadəcə balansı tapa bilmir və sıxmanı dayandırır. Xüsusilə yorğan, döşək örtüyü kimi böyük əşyalar barabanda bir tərəfə yığılır və maşın titrəyib dayanır.
Həlli: Paltarların yarısını çıxarın, barabanda bərabər paylanmasını təmin edin və proqramı yenidən başladın. Bu kömək etmirsə, problem başqa yerdədir.
Kəmər (remen) qırılıb və ya uzanıb
Paltaryuyan maşınların əksəriyyətində motor barabanı kəmər vasitəsilə fırladır. Bu kəmər zamanla uzanır, bəzən də tamamilə qırılır. Əgər maşını işə salandan baraban əllə asanlıqla fırlanırsa — kəmər ya qırılıb, ya da öz yerindən çıxıb.
Kəmər dəyişdirilməsi mürəkkəb iş deyil, amma düzgün ölçüdə kəmər tapmaq lazımdır. Hər modelin öz kəmər nömrəsi var. Yanlış kəmər qoymaq motora əlavə yük verir. Bizim ustalar hər modelin kəmər nömrəsini bilirlər — paltaryuyan təmiri xidmətimizə müraciət edə bilərsiniz.
Karbon fırçalar (kömür fırçaları) yeyilib
Köhnə tip motorlu maşınlarda (Samsung, LG, Beko-nun bəzi modelləri) karbon fırçalar var. Bunlar motorun fırlanmasını təmin edən kiçik hissələrdir və 5-7 il istifadədən sonra yeyilir. Fırçalar yeyiləndə motor güc itirə bilmir, baraban ya çox yavaş fırlanır, ya da heç fırlanmır.
Əlamətləri: motor işləyir amma baraban fırlanmır, yaxud fırlanır amma sıxma zamanı dayanır. Bəzən qığılcım iyi gəlir.
Podşipniklər aşınıb
Əgər maşın fırlanarkən güclü uğultu və ya cırıltı səsi verirsə, böyük ehtimalla podşipniklər xarabdır. Bu, ən ciddi və ən bahalı təmirlərdən biridir. Podşipniklər baraban oxunun fırlanmasını təmin edir — onlar aşınanda baraban əyilir, kəmər düşür, bəzən baraban çəlliyə sürtüb onu da zədələyir.
Podşipnik dəyişməsini təcrübəsiz adamın etməsi risklidir — maşının tam sökülməsi lazımdır. Bu barədə ayrıca ətraflı məqaləmiz var.
Elektron plata nasazdır
Müasir paltaryuyan maşınlarda hər şeyi elektron plata idarə edir. Platada motor idarəetmə hissəsi xarab olanda maşın barabanı fırlatmaq əmri verə bilmir. Gərginlik dalğalanmaları, su sızması platanın üstünə düşməsi — bunlar platanın yanmasının əsas səbəbləridir.
Bakıda elektrik gərginliyinin sabit olmaması plata arızalarının ən böyük səbəbidir. Stabilizator istifadə etmək plata ömrünü ciddi uzadır.
Amortizatorlar köhnəlib
Amortizatorlar barabanın titrəməsini udur. Onlar köhnələndə maşın sıxma zamanı o qədər titrəyir ki, daxili sensor bunu aşkar edib proqramı dayandırır. Yəni texniki olaraq motor və baraban sağlamdır, amma maşın özü-özünü qorumaq üçün fırlanmanı dayandırır.
Qapı kilidi (UBL) xətası
Paltaryuyan maşınlar təhlükəsizlik üçün qapı kilitlənmədən işləmir. Əgər qapı kilidi nasazdırsa, maşın heç bir proqramı — o cümlədən sıxmanı — başlatmır. Bəzən maşın yuyur amma sıxmaya keçəndə dayanır, çünki kiild sensoru yanlış siqnal verir.
Nə vaxt usta çağırmalı?
Yükü azaltmaq və proqramı yenidən başlatmaq kömək etmirsə, problemi özünüz həll etməyə çalışmayın. Xüsusilə motor, plata və podşipnik problemlərində evdə təmir cəhdi maşına əlavə ziyan vura bilər. Güvən Servis olaraq Bakının bütün rayonlarına — Nəsimi, Yasamal, Nərimanov, Binəqədi, Xətai, Suraxanı — pulsuz diaqnostika ilə gəlirik. Zəng edin: 055 958 38 39
Avadanlığınız xarabdır?
İndi bizimlə əlaqə saxlayın — peşəkar usta evinizə gəlsin!
Pulsuz diaqnostika ilə
